Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Bakı Limanında “Heydər Əliyev irsi: Bakı Limanının inkişaf dövrü” adlı tədbir keçirilmişdir
Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Milli Məclisin deputatları, dövlət rəsmiləri, diplomatlar, liman, dəmir yolu və nəqliyyat sahəsində çalışan mütəxəssislər iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər Ümummilli Liderin ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması və modernləşdirilməsini, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Bakı Limanının yenidən qurulmasının, 52 il əvvəl Bakıda Dəniz Vağzalı Terminalının tikintisinin təşəbbüskarının, liman infrastrukturunun inkişafı və bir sıra gələcəkyönümlü mühüm layihələrin memarı olduğunu bildirmişlər. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Bakı Limanı öz intibah dövrünü yaşadığı qeyd olunub.
Sonra Ümummilli Lider Heydər Əliyevin dəniz nəqliyyatı sahəsində gördüyü işləri əks etdirən film nümayiş etdirilmişdir.