Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda əmək yarmarkası təşkil olunacaq

17 yanvar 2023 | 10:44

Yanvarın 25-də "Sun Food" MMC-nin sifarişi əsasında işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə Bakı Regional Məşğulluq filialı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 90 ünvanında Əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur. Sakinlərimizi keçiriləcək yarmarkada layihə və proqramlardan yararlanmağa dəvət edirik.

 

Keçiriləcək yarmarkaya dair məlumatlar:

  • Keçiriləcək ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 90 (Şəfa stadionunun yaxınlığında "Azərsun Holdinq" Şirkətlər Qrupunun inzibati binası)
  • Saat - 10:00-13:00
  • Vakansiya adı -  Vitrin tərtibatçısı - Merçendayzer
  • Orta aylıq gəlir - 720 AZN
  • Yaş kateqoriyası – 35 yaşa qədər
  • Cinsi -Qadın
  • Təhsil səviyyəsi – Orta təhsil/ Ali təhsil
  • İş təcrübəsi - Satış sahəsində təcrübə arzuolunandır.
  • Təqdim olunan vakansiya sayı – 50
  • İş qrafiki –  Həftə içi 5 gün / həftəlik - 40 saat
  • İş saatı - 8:30 – 18:00
  • İşə qəbul olunacaq vətəndaşların yaşayış ünvanlarına yaxın ərazilərdə işlə təmin olunmasına çalışılacaqdır.
Keçidlər