20-ci sahə yaşayış massivində baxımsız vəziyyətdə olan “Vətən bağı” adlanan parka RİH başçısı tərəfindən baxış keçirildi
22 sentyabr 2023 | 14:56
Vətəndaşların müraciətləri nəzərə alınaraq Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən 20-ci sahə yaşayış massivi, Ö.F.Nemanzadə küçəsində baxımsız vəziyyətdə olan “Vətən bağı” adlanan parka baxış keçirilmişdir. Baxış zamanı RİH başçısı sözügedən ünvanda abadlıq və yenidənqurma işlərinin planlaşdırılması ilə bağlı aidiyyəti qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.