Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Bayıl yaşayış massivində sakinlərlə görüş keçirmişdir

19 iyul 2022 | 15:51

Səbail rayonu, Bayıl yaşayış massivində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov sakinlərlə görüş keçirmişdir. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər