Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl yaşayış massivində sakinlərlə səyyar qəbul keçirilmişdir

05 may 2022 | 11:17

Mayın 4-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bayıl yaşayış massivi, Ziya Yüsifzadə küçəsində yerləşən “Səbail” parkında sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Görüşdə sakinlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan hissələrinin abadlaşdırılması, məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, mənzil şəraitinin yaxşılaşdırılması, kanalizasiya xətlərinin təmir olunması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən vətəndaşlar ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər