Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bəhram Ağakişiyevi yubileyi münasibətilə təbrik etmişdir

13 avqust 2026 | 11:57

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyevi 60 illik yubileyi münasibətilə təbrik etmişdir.
Görüş zamanı müharibə iştirakçısının qayğı və problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını bildirmişdir.
Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyevə Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim edilmiş, gələcək fəaliyyətində yeni uğurlar və cansağlığı arzulanmışdır.

Keçidlər