Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr, nümayəndəliklər və MİS rəhbərləri tərəfindən yerlərdə keçirilən vətəndaş qəbulları davam edir

18 yanvar 2023 | 18:01

Vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə bələdiyyələr, nümayəndəliklər və MKİS rəhbərləri tərəfindən rayon ərazisində müxtəlif ünvanlarda qəbullar keçirilərək vətəndaşların müraciətləri dinlənilmişdir. Görüşlərdə eyni zamanda RİHBA-nın məsul işçiləri və rayonun idarə, müəssisə və xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.

Görüşlər zamanı vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan məsələlərlə bağlı müraciətlər nəzarətə götürülməklə aidiyyəti üzrə yönləndirilmişdir.

Rayon sakinləri vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından, qaldırılan məsələlərin operativ həll olunmasından razılıqlarını ifadə edərək, göstərilən xüsusi diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Məlumat üçün qeyd edirik ki, hər həftə rayon ərazisində yerləşən müxtəlif ünvanlarda bələdiyyələr, nümayəndəliklər və MKİS rəhbərləri tərəfindən qəbullar təşkil olunur. Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Keçidlər