Səbaildə 5 oktyabr - Beynalxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri
Səbail rayonunda 5 oktyabr - Beynalxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Asəf Zamanov, Azərbaycan Dövlət İqtisad Univeristetinin İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov, şəhid ailə üzvləri, rayonun təhsil işçiləri iştirak etmişlər.
Tədbir Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbir zamanı çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd etmişlər.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən təhsil işçiləri Fəxri Fərman ilə təltif edilmişlər.






