1 oktyabr- Beynəlxalq ahıllar günü ərəfəsində ahıllar ilə görüş keçirilmişdir
Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 1 oktyabr- Beynəlxalq ahıllar günü ərəfəsində ahıllar ilə görüş keçirilmişdir.
Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə zamanı qeyd olunmuşdur ki, Respublikamızda uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır. Ahıl və kimsəsiz vətəndaşlara hər zaman nəvaziş göstərilir və onlar diqqət mərkəzində saxlanılır. Tədbirdə ahıl şəxslərin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsi üçün stolüstü oyunlar yarışı təşkil edilmiş, yarış iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.