Səbaildə 15 may – Beynəlxalq Ailə Günü ilə bağlı tədbirlər keçirilir
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 may – Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə qurmağa hazırliq və erkən evliliyin riskləri” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Seminarda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon qeydiyyat şöbəsinin rəisi Suella Şərifzadə, RİHBA-nın məsul əməkdaşları, Maliyyə-İqtisad Kollecinin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbir zamanı bildirilmişdir ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir.
Tədbirin əsas məqsədi gənclərin ailə qurmağa hazırlığı və erkən evlilik riskləri barədə məlumatlandırma, nikah müqaviləsinin təşviqi məsələləri olmuşdur.