Səbaildə 12 avqust-Beynəlxalq Gənclər Gününə həsr olunmuş yarışlar keçirilib
Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi və Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Peşə-Əmək Reabilitasiya Mərkəzində əlil olan gənclərlə 12 avqust-Beynəlxalq Gənclər Gününə həsr olunmuş yarışlar, eyni zamanda BOCCİA İdman Federasiyasının üzvləri ilə görüş təşkil edilmişdir. Tədbirdə Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin məsul əməkdaşları Şahin Talıbov və Nigar Bəylərova iştirak etmişlər.
Ümumilikdə 5 idman növü üzrə keçirilən 8 yarışda I, II və III yerləri tutmuş qaliblər, o cümlədən digər iştirakçılara diplom və sertifikatlar təqdim olunmuşdur. Tədbirdə Hollandiyanın Veldhoven şəhərində keçirilmiş “İnterkontinental Challenger” turnirində qızıl və bürünc medal qazanmış BOCCİA İdman Federasiyasının üzvləri fəxri fərmanlarla təltif edilmişlər.