Səbaildə 5 dekabr – Beynəlxalq Könüllülər Günü qeyd edilib
Səbail Rayon İcra Hakimiyyətində 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə görüş keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı qeyd olunmuşdur ki, müasir müstəqil Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilmişdir ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı vardır.
RİH başçısının müavini Kəmalə Həşimova Səbail rayonunun ictimai həyatında xüsusi fəallıq göstərən könüllüləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir. RİHBA-da könüllülük fəaliyyəti keçmiş gənclərə sertifikat təqdim olunmuşdur.






