Səbaildə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olundu
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsində də şərəflə çalışan insаnlаrın əməyinə həmişə yüksək qiymət vеrmiş, оnlаrа böyük hörmət və еhtirаmını bildirmiş, bu peşə sahiblərinə yüksək diqqət və qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına, bu sahədə çalışan insanlara göstərilən hərtərəfli yüksək diqqət və qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı ilə bağlı yeni layihələr həyata keçirilir, Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən təhsil işçiləri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.






