Səbail rayonunda “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” qeyd olundu
Səbail Rayon İcra Hakimiyyətində “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və RİHBA-nın məsul əməkdaşları, rayon ümumtəhsil məktəblərinin, musiqi məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdiyini, elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyətini də xüsusi vurğulayaraq Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə təhsilin inkişafı ilə bağlı reallaşdırılan kompleks tədbirlər nəticəsində bu sahədə böyük uğurlar əldə olunduğunu qeyd etmişdir.
Tədbir zamanı çıxış edən müəllimlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd etmişlər.
Tədbirdə pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “5 Oktyabr - Beynəlxalq müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi Səbail Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.