Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

06 oktyabr 2026 | 14:45

Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”. 5 Oktyabr – Müəllimlər Günü” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun direktoru, professor Əfsun Sucayev, 91-lərin nümayəndəsi, professor Allahverdi Hacıyev, Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva, məktəb direktorları, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çıxışlarda müəllimlik peşəsinin cəmiyyətin inkişafında və gələcək nəsillərin formalaşmasında mühüm rolu, müəllimlərin gənclərin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin və vətəndaşlıq mövqeyinin formalaşmasına verdiyi töhfələrdən bəhs edilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuşdur.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən müəllimlər Səbail Rayon İcra Hakimiyyəti başçısının adından Fəxri Fərmanla təltif olunmuşlar. Həmçinin Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən partiya fəallarına Fəxri Fərmanlar təqdim edilmişdir.

Keçidlər