Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 1 mart - Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması günü ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

03 mart 2023 | 11:12

Martın 1-də Mərkəzi Klinika xəstəxanasında Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması günü ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyaların rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Bakı Regional Mərkəzinin Əhalinin hazırlığı şöbəsinin rəisi mayor Faiq Balakişiyev, Səbail rayonu üzrə FH və MM şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov, Səbail RİHBA-nın Rayon təsərüfatı şöbəsinin baş məsləhətçisi Fariz Dadaşov, Mərkəzi Klinika xəstəxanasının rəhbər və həkim heyəti iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd mülki müdafiə planlarının reallığının yoxlanılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Keçidlər