Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid anaları ilə görüş

07 mart 2024 | 12:37

Səbail rayonunda şəhid anaları ilə “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri, məsul əməkdaşları və şəhid anaları iştirak etmişlər.

Tədbir zamanı Azərbaycan qadınının bütün dünyaya nümunə, eləcə də onların vətənpərvərliyin təbliğatçısı kimi rolu olduğu, məğrur, qəhrəman analarımızın yetişdirdiyi igid oğullar sayəsində 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edildiyi vurğulanmış və bu cür qəhrəman övladları böyüdən analara minnətdarlıq ifadə olunmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır və müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Tədbirdə iştirak edən şəhid anaları Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə görüşdə iştirak edən şəhid analarına bayram hədiyyələri təqdim edilmişdir.

Keçidlər