Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Beynəlxalq Qızlar Günü münasibəti ilə tədbir keçirildi

13 oktyabr 2022 | 10:27

Səbail rayonunda Beynəlxalq qızlar günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Səbail RPİ  Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili bölməsinin rəisi Emin Bağırzadə, RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, RİH başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupunun üzvləri, Səbail Rayon İcra Hakimiyyəti yanında yaradılmış ictimai şuranın üzvləri, 15 saylı uşaq poliklinikasının baş həkiminin müavini Aytən Səmədova və sakinlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısının müavini Kəmalə Həşimova çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində daha da gücləndiyini bildirmiş, eyni zamanda Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə ailələrin rifahının daha da yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, xüsusilə də uşaq hüquqlarının  təmin edilməsi istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. 

Tədbir zamanı qızların ailədə əhəmiyyəti, erkən nikah, qohum nikahları kimi həssas mövzulara toxunulmuş, interaktiv formatda təşkil olunmuş tədbirdə yerli sakinlər ilə mövzu ilə əlaqəli müzakirələr aparılmışdır.

Tədbirin keçirilməsində əsas məqsəd oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, eyni zamanda diqqəti qızların hüquqlarının müdafiəsinə, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Keçidlər