Azərbaycan qəsəbə bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova idarə heyətinin üzvü seçilmişdir
12 yanvar 2023 | 11:43
Respublikanın 141 qəsəbə bələdiyyələrindən və Naxçıvan MR Qəsəbə Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 1 nəfər nümayəndənin iştirakı ilə keçirilən Ümumi Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyasının 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunmuşdur. İclasın yekununda Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının idarə heyətinin üzvü seçilmişdir.