Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət məscid-ziyarətgah kompleksində şəhid ailələri, qazilər və veteranlarla görüş keçirilmişdir

14 noyabr 2025 | 14:18

Səbail Rayon İcra Hakimiyyəti və Bibiheybət məscidinin birgə təşkilatçılığı ilə Bibiheybət məscid-ziyarətgah kompleksində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qaziləri ilə görüş keçirilmişdir.
Bibiheybət məscidində təşkil olunan tədbirdə Səbail RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı Regional bölməsinin müdiri Anar Kazımov, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər ölkəmizdə şəhidlərə və qazilərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsi və qazinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.
Şəhidlərin ailə üzvləri, qazilər və veteranlar dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər