Bibiheybət məscidində Ramazan Bayramı münasibəti ilə şəhid ailələri, qazilər və veteranlarla görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyəti və Bibiheybət məscidinin birgə təşkilatçılığı ilə İslam dünyasının ən əziz bayramı olan Ramazan bayramı münasibətilə tədbir keçirilmişdir. Bibiheybət məscidində təşkil olunan tədbirdə RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər ölkəmizdə şəhidlərə və qazilərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsi və qazinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.
Şəhidlərin ailə üzvləri, qazilər və veteranlar dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.