Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət məscidində şəhid ailələri, qazilər və veteranlarla görüş keçirilmişdir

11 iyul 2022 | 12:50

Səbail Rayon İcra Hakimiyyəti və Bibiheybət məscidinin birgə təşkilatçılığı ilə İslam dünyasının ən əziz bayramı olan Qurban bayramı münasibəti ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qaziləri ilə görüş keçirilmişdir. Bibiheybət məscidində təşkil olunan tədbirdə RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov çıxış edərək ölkəmizdə şəhidlərə və qazilərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsi və qazinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirərək qeyd etmişdir ki: “44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq”.

Şəhidlərin ailə üzvləri, qazilər və veteranlar dövlətin onlara yaratdığı şərait, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, hər zaman ölkə başçısının yanında olduqlarını qeyd etmişlər.

Tədbirin sonunda şəhid ailələri, qazilər və veteranlara Qurban bayramı münasibəti ilə sovqatlar təqdim edilmişdir.

Keçidlər