Şriftin ölçüsü :

Saytın rəngi :

WUF13 — Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Bibiheybət qəsəbəsində 2019–2024-cü illərdə həyata keçirilmiş urban transformasiya və yaşayış mühitinin yenilənməsi layihələrinə həsr olunmuş tədbir

21 may 2026 | 11:07

20 may 2026-cı il tarixində WUF13 — Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “Bibiheybət qəsəbəsinin urban transformasiyası: şəhərdə “Məhəllə tipli” yaşayış mühitinin dayanıqlığının gücləndirilməsi və ictimai məkanların yenidən formalaşdırılması” mövzusunda Bakı Olimpiya Stadionun Azərbaycan pavilyonunda tədbir keçirilmişdir. Tədbir çərçivəsində şəhər mühitinin transformasiyası, məhəllə əsaslı yaşayış modelləri və ictimai məkanların gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə Əzimzadə və RİHBA-nın məsul əməkdaşlar, Millət vəkilləri Nigar Arpadarai və Elçin Mirzəbəyli, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun idarə heyətinin sədri Rüfət Mahmud, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər Bibiheybət qəsəbəsinin paytaxt mərkəzindən cəmi 3-4 kilometr məsafədə yerləşdiyini xatırladaraq, aparılan yenidənqurma işləri çərçivəsində qəsəbədəki bir çox evlərin fasad və dam örtüklərinin yeniləndiyini, həmçinin su, kanalizasiya, qaz və elektrik xətlərinin müasir standartlara uyğun olaraq yenidən qurulduğunu diqqətə çatdırmış, qəsəbədaxili yolların genişləndirilməsi, müasir idman meydançalarının qurulması və salınan yeni parkların sakinlərin həyat keyfiyyətini birbaşa yüksəltdiyini bildirmişlər. Çıxışçılar Bibiheybət qəsəbəsi və digər ərazilərin abadlaşdırılmasının həm yerli irsin qorunması, həm də ərazinin turizm potensialının artırılması baxımından strateji addım olduğunu vurğulamışlar.

Keçidlər