Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində aparılan abadlıq işlərinin ikinci mərhələsi sürətlə davam edir

27 may 2022 | 09:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bibiheybət qəsəbəsində aparılan abadlıq işlərinin davamı olaraq Namiq Quliyev küçəsində, eyni zamanda qəsəbənin sahilə yaxın hissələrində həyata keçirilən abadlıq işləri sürətlə davam edir.
Layihənin ikinci mərhələsi çərçivəsində Namiq Quliyev küçəsində yerləşən 115 evin dam örtüyünün yenilənməsi, evlərin qapı və pəncərələrin dəyişdirilməsi işləri həyata keçirilir, 500 metr uzunluğunda kommunal xətlər və işıqlandırma sistemləri yenilənir və evlərin fasadları təmir olunaraq əlavə eyvanlar və talvarlar qurulur. N.Quliyev 21, 33 və 27 ünvanlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri sökülərək yenidən inşa olunur. Eyni zamanda, N.Quliyev 25, 19 və 23 ünvanlarında qəzalı vəziyyətdə olan və sökülərək yenidən inşa olunan ümumilikdə 7 fərdi yaşayış evində təmir işləri davam etdirilir. Bununla yanaşı qəsəbədə yeni futbol meydançası, uşaq meydançaları və sakinlərin asudə vaxtlarının səmərəli istifadəsi üçün istirahət zonalarının yaradılması ilə əlaqədar abadlıq işlərinə də başlanılıb. Hər bir vətəndaşın həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin yaradılması məqsədilə 2 yeni park salınır və 1 ekobox cihazı quraşdırılır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qəsəbədə aparılan əsaslı abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin növbəti mərhələsinin icra vəziyyəti ilə tanışlığı zamanı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması, görülən işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə etmiş, ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, N.Quliyev və Məktəbli küçələri boyunca aparılan abadlıq işlərinin birinci mərhələsi çərçivəsində qəsəbənin su, qaz, rabitə xətləri dəyişdirilmiş, kommunikasiya xəttləri yenilənmiş, küçələrə daş piltələr döşənmiş, çoxsaylı yaşayış evlərinin damörtükləri, qapı və pəncələri dəyişdirilmiş, fasadları yenilənmiş, əlavə eyvanlar və talvarlar qurulmuşdur.
Qəsəbədə aparılan işlər qədim yaşayış məskənlərimizin, tarix və mədəniyyət abidələrinin, yeni müasir komplekslərin inşası baxımınan da böyük əhəmiyyət kəsb edir. Burada görülən işlər həm vətəndaşlarımızın, həm də xarici turistlərin böyük marağına səbəb olacaqdır.

Keçidlər