Rayon İcra Hakimiyyətinin başçısı Bibiheybət qəsəbəsində şəhid Namiq Quliyevin ailə üzvləri və sakinlərlə görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bibiheybət qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Namiq Quliyevin ailə üzvləri və sakinlərlə görüş keçirmişdir. Görüşdə RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Seymur Məmmədov, ərazi icra nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı sakinlərin problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






