Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Bibiheybət qəsəbəsində sakinlərlə səyyar görüş keçirib

29 yanvar 2026 | 14:47

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bibiheybət qəsəbəsi, Məktəb küçəsi 20 ünvanında yerləşən 50 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə RİHBA-nın məsul işçiləri, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, ərazi icra nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Görüşdə sakinlər abadlıq işlərinin davam etdirilməsi, fərdi yaşayış evlərinin təmir olunması, dam örtüklərinin yenilənməsi, qurumuş ağacların budanması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər