Bibiheybət qəsəbə sakinləri ilə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bibiheybət qəsəbəsində sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, bələdiyyə sədrləri və qəsəbə ağsaqqalları iştirak etmişlər.
Görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri ilə bağlı sakinlərə məlumat vermişdir. Görüş zamanı mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında geniş fikir mübadiləsi aparılmışdır. Qəsəbə sakinləri və ağsaqqalların dəyərli fikir və təkliflərini daim dinləməyə hazır olduğunu bildirən RİH başçısı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması, görülən işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sonda görüşdə iştirak edən ağsaqqallar çıxış edərək Səbail rayonunda, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.