Bibiheybət qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərinə baxış keçirilib
Bakı ətrafı qəsəbələrin inkişafı və abadlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bibiheybət qəsəbəsində aparılan abadlıq işləri sürətlə davam edir.
Səbail rayonunda görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə Bibiheybət qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərinə baxış keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qəsəbədə aparılan abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin növbəti mərhələsinin icra vəziyyəti ilə tanışlığı zamanı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması, görülən işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Qəsəbə sakinləri ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.