Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir

29 oktyabr 2022 | 10:34

Səbail rayonu, Bibiheybət qəsəbəsi, Şıx yaşayış massivi ərazisində gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon gənclər və idman idarəsinin rəisi Elnarə Əliyeva, Səbail RPİ Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili bölməsinin rəisi Emin Bağırzadə RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın,  RİH başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupunun, RİH yanında yaradılmış ictimai şuranın üzvləri və sakinlər iştirak etmişlər.

Tədbir zamanı erkən nikah və məişət zorakılğının qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Səbail rayonunda görülən işlərdən bəhs olunmuş, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunmuş, qanunvericiliyin tələblərini tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Tədbir diskusiya şəklində davam etmiş, erkən nikahların səbəbləri, fəsadları, qohum nikahlarının mənfi nəticələri və s. mövzularda müzakirələr aparılmışdır. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmuşdur.

Keçidlər