Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Heydər Əliyev ili”nə həsr edilmiş “Bir ömürdə min ömür” adlı tədbir keçirilib

07 dekabr 2023 | 17:20

T.İsmayılov adına 6 №li məktəb-liseyin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Heydər Əliyev ili”nə həsr edilmiş “Bir ömürdə min ömür” adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkilləri Nigar Arpadarai, Aydın Hüseynov, Könül Nurullayeva, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, RİHBA-nın məsul əməkdaşları, məktəbin pedaqoji heyəti və rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edənlər müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən danışaraq Ulu Öndərin uzaqgörən və düzgün siyasətinin Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirildiyini qeyd etmişlər.

Keçidlər