Şriftin ölçüsü :

Saytın rəngi :

132-134 nömrəli təhsil kompleksində “Bir pay al – Bir ümid ver!” devizi altında Novruz yarmarkası

18 mart 2026 | 14:29

132-134 nömrəli təhsil kompleksində “Bir pay al – Bir ümid ver!” devizi altında Novruz yarmarkası keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, liseyin direktoru Aygün Mikayılova, Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya klinikasının baş həkimi Reyman İsmayılzadə, Gömrük Hospitalının Fizioterapiya şöbəsinin müdiri Səidə Kərimova, liseyin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etmişlər.
Çıxış edənlər bu cür xeyriyyə yönümlü təşəbbüslərin cəmiyyətdə humanizm, paylaşma və sosial məsuliyyət kimi dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd edərək, xüsusilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, bu kimi tədbirlər yalnız bayram əhval-ruhiyyəsi yaratmaqla kifayətlənmir, eyni zamanda ehtiyacı olan insanlara real dəstək göstərilməsinə xidmət edir.
Qeyd olunmuşdur ki, yarmarkadan əldə edilən vəsait Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya klinikasında müalicə alan şəhid və qazi övladlarına dəstək məqsədilə ianə olunacaqdır.
Tədbirin sonunda iştirakçılar bayram sevincini birlikdə paylaşaraq bu kimi sosial yönümlü layihələrin davamlı keçirilməsinin vacibliyini vurğulamışlar.

Keçidlər