Səbaildə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bir Uşaq bərabərdir Bir Ağac” layihəsi üzrə ağacəkmə aksiyası keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və H.Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar liseyin əməkdaşlığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, RİH başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Mahmudov, RİH başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Tərlan Qasımov, 2 nömrəli Texniki Humanitar liseyin direktoru Elvin Aslanlı, liseyin müəllim heyəti və şagirdləri iştirak etmişlər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağaclar əkilmiş, yaşıllıq sahələrinin artırılması, ekoloji mühitin qorunması və şəhər ərazisində abadlıq işlərinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Ağacəkmə aksiyasının əsas məqsədi gənc nəsildə təbiətə qayğı hissinin formalaşdırılması, ekoloji maarifləndirmənin gücləndirilməsi, ətraf mühitin mühafizəsinə töhfə verilməsi və şəhərin yaşıllıq fondunun zənginləşdirilməsi olmuşdur.
Tədbir iştirakçıları tərəfindən ərazidə ağaclar əkilmiş, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində tədbirlər həyata keçirilmiş, bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanınmışdır.






