Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində “Bizim həyət" layihəsi çərçivəsində yenilənən abad həyətə baxış keçirib

26 may 2023 | 14:21

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binalarını əhatə edən həyətlərin abadlaşdırılmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4A və Əziz Nəzərov küçəsi 3, 3A, 5 və 9 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edən abad həyətə baxış keçirmişdir.
Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı abad həyətdə aparılmış yenidənqurma və abadlıq işlərinin mühafizə olunması, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər