Şriftin ölçüsü :

Saytın rəngi :

Buraxılış imtahanında yüksək nəticə əldə etmiş Şəhanə Abbasova ilə görüş keçirilmişdir

29 aprel 2025 | 11:37

Buraxılış imtahanında yüksək nəticə əldə edərək 300 bal toplayan şagirdlə görüş keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şagirdin nailiyyətini yüksək qiymətləndirərək təbrik etmişdir.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri, 91 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova, RİHBA-nın məsul əməkdaşlarının iştirakı ilə Abbasova Şəhanə Ramil qızı ilə görüş keçirilmişdir. 
Tədbir zamanı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açılaraq qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına yönəlmiş böyük diqqət və qayğı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi Səbail rayonunda da təhsilin səviyyəsi günü-gündən artmaqdadır.
Sonda yüksək bal toplamış Abbasova Şəhanə Ramil qızına hədiyyə təqdim edilmiş, onunla xatirə şəkli çəkdirilmişdir.

Keçidlər