Vətən müharibəsi şəhidi Cavidan Ağayevin ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Vətən müharibəsi qazisi Nahid Salayev 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsi, ev 34 ünvanında Vətən müharibəsi şəhidi Ağayev Cavidan Mirzağa oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı şəhidin ailə üzvlərinə belə igid, qəhrəman oğul böyütdüklərinə görə təşəkkürünü bildirən RİH başçısı Vuqar Zeynalov ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq hər bir şəhid ailəsinin və müharibə iştirakçılarının bundan sonra da dövlət qayğısı ilə əhatə olunacaqlarını qeyd etmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.