Şriftin ölçüsü :

Saytın rəngi :

Cavidan Ağayevin şəhid olmasının ildönümü ilə bağlı məzarı ziyarət olundu

05 oktyabr 2026 | 12:02

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ağayev Cavidan Mirzağa oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən altı il keçir. Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Xəyalə Qənbərova, bələdiyyə sədrləri, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Ağayev Cavidan Mirzağa oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Şəhidin məzarı önündə çıxış edən Kəmalə Həşimova ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması, hər cür qayğı ilə əhatə olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər