Şriftin ölçüsü :

Saytın rəngi :

Cavidan İbrahimlinin Vətən müharibəsində şəhid olmasının ildönümü ilə əlaqədar məzarı ziyarət olunmuşdur

30 oktyabr 2023 | 14:22

Vətən müharibəsində qəhrəmancasına şəhid olan İbrahimli Cavidan Nizami oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan İbrahimli oktyabrın 24-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri  tərəfindən şəhid İbrahimli Cavidan Nizami oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

Mərasim zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov  Ölkə rəhbərliyinin tapşırığı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini, sağlamlığını itirmiş qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına böyük diqqət göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildiyini qeyd etmişdir.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına  göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Keçidlər