Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib

29 aprel 2026 | 15:03

Çernobıl qəzasının 40-cı ildönümü ilə bağlı Səbail Bələdiyyəsinin inzibati binasında qəzanın aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri və onların ailə üzvləri ilə görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Görüş zamanı çıxış edənlər bu görünməz bəlaya qarşı ön cəbhədə mübarizə aparanlar arasında Azərbaycanın mərd oğullarının olduğunu vurğulayıblar. Qeyd olunub ki, ölkəmizdən qəza bölgəsinə ezam olunmuş 7 mindən çox vətəndaşımız öz sağlamlığını və gələcəyini riskə ataraq faciənin miqyasının böyüməsinin qarşısını alıb. Onlar fədakarlıq göstərərək təkcə Ukraynanı deyil, bütün Avropanı və dünyanı böyük radiasiya fəlakətindən xilas ediblər. Azərbaycan dövlətinin hər zaman çernobılçıların yanında olduğu xüsusi qeyd edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hələ 1993-cü ildə imzaladığı 'Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında' Qanun bu gün də uğurla icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət çərçivəsində qəza iştirakçıları və onların ailələri üçün xüsusi güzəştlər tətbiq edilir, fərdi təqaüd və pensiyalar mütəmadi artırılır, həmçinin dövlət tərəfindən mənzil və avtomobil təminatı proqramları uğurla həyata keçirilir.

Tədbirdə iştirak edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Görüşün sonunda Çernobıl əlillərinə sovqatlar təqdim olunmuşdur.

Keçidlər