COP29 çərçivəsində şəhərsalma və iqlim dəyişikliyi üzrə tədbir keçirilmişdir
20 noyabr 2024 | 14:19
Noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksək səviyyəli nazirlər görüşü keçirilmişdir. Olimpiya Stadionu, Mavi zona, 2-ci Plenar (“Caspian”) iclas zalında keçirilən tədbirdə dövlət rəsmiləri, şəhər və rayon icra hakimiyyətlərinin rəhbərləri, o cümlədən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov iştirak etmişdir.