Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forum keçirildi

05 noyabr 2024 | 15:42

Səbail rayonunda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib.

Forumun rəsmi açılışında Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənova çıxış etmişdər. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva iştirak etmişlər.

Ekoloji Forum bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq prosesinə töhfə vermək, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirakını təşviq etmək, eyni zamanda uşaq və gənclərdə ekoloji şüuru formalaşdırmaq, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə onların bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilib.

Forumda COP29-un ölkəmizdə keçirilməsinin Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisə və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamı olduğu vurğulanmışdır.

Keçidlər