Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı İdman Sarayında cüdo üzrə V "Raquf Orucov Kuboku" beynəlxalq turniri keçirilib

02 may 2024 | 16:01

Bakı İdman Sarayında 2016-cı ilin Aprel döyüşlərinin şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun və onun şəhid silahdaşlarının əziz xatirəsinə həsr olunmuş V "Raquf Orucov Kuboku" beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşları və digər qonaqlar iştirak etmişlər.

Tədbir zamanı çıxış edənlər Azərbaycanın idman ölkəsi kimi dünyada tanındığını, Ulu Öndər Heydər Əliyevin bu sahənin dirçəlişində müstəsna rol oynadığını, Ölkə başçısı cənab İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət göstərdiyini və idmançılarımızın beynəlxalq arenalarda böyük uğurlar qazandığını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan vətən oğullarının xatirələrinin əziz tutulması, eləcə də şəhid ailələri və müharibə iştirakçılarının bütün problemlərinin həlli istiqamətində görülən işlər bu kateqoriyadan olan insanlara göstərilən ehtiramın ifadəsidir.

Keçidlər