Səbail rayonunda “23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd edildi
23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları, SİƏD-lər üzrə nümayəndələr və əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. RİH başçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyini qeyd edərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyini bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli dövlət qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən RİHBA-nın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Hüseynov Anar Eldar oğlunu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması münasibətilə təbrik etmişdir.






