Şriftin ölçüsü :

Saytın rəngi :

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilib

18 sentyabr 2026 | 15:19

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və aparatın əməkdaşları iştirak etmişlər.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20 Sentyabr – Dövlət Suverenliyi Gününün ölkəmizin tarixində mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan xalqının müstəqillik və dövlətçilik ideallarının həyata keçirilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs mühüm rol oynamışdır. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın dövlət suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov və Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Orxan Aydınov çıxışlarında Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədən bəhs etmiş, bu istiqamətdə əldə olunan nailiyyətlərin gənc nəslə çatdırılmasının vacibliyini qeyd etmişlər.

Tədbirin sonunda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər