Səbaildə Dövlət Suverenliyi Günü qeyd edildi
Səbail Rayon İcra Hakimiyyətində “20 sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Səbail və Badamdar bələdiyyəsinin sədrləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, həmçinin ərazi icra nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal antiterror əməliyyatının yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ olduğunu qeyd edərək Dövlət Suverenliyi Gününün xalqımızın keçdiyi çətin və şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm tarixi hadisə olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri haqqında videoçarx nümayiş olunmuşdur.






