Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı İİTKM-in "e-monitorinq" təlimində iştirak etmişdir
11 avqust 2026 | 15:41
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nında nəzərdə tutulmuş tədbirlərin icrasına dair hesabatlılığın “e-monitorinq” portalı üzərindən təqdim edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim keçirilmişdir.
Təlimdə digər yerli icra hakimiyyəti orqanları ilə yanaşı, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, həmçinin dövlət qurumlarının nümayəndələri və aidiyyəti sahə üzrə mütəxəssislər iştirak etmişlər.






