Vətən müharibəsi şəhidi Əli Nağıyevin ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, veteran, polkovnik-leytenant Bəhram Ağakişiyev, Vətən müharibəsi qazisi Nahid Salayev Bayıl yaşayış sahəsi, Q.Abbasov küçəsi 40 ünvanında Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğı göstərilməsinin dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirildiyini qeyd etmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.