Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əli Nağıyevin ailə üzvləri ziyarət olundu

29 sentyabr 2026 | 16:11

Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirinin müavini – sektor müdiri Orxan Aydınov və əməkdaşı Nicat Quliyev Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid Əli Nağıyevin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır. Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişlər.

Keçidlər