Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Nağıyevin Vətən müharibəsində şəhid olmasının ildönümü ilə əlaqədar məzarı ziyarət olundu

20 oktyabr 2023 | 16:06

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Nağıyev Əli Mehman oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Nağıyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Nağıyev Əli Mehman oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

Vətən müharibəsi şəhidi Əli Nağıyevin məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdıraraq bu kateqoriyadan olan insanlara göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Daha sonra şəhid Əli Nağıyevin yaşadığı Səbail rayonu, Qurban Abassov küçəsində şəhidin ailə üzvləri ziyarət olunmuş, şəhidin xatirə lövhəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılmışdır.

Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər