Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Yeni il şənliyi keçirilmişdir

31 dekabr 2022 | 13:57

Dekabrın 30-da Səbail Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi, Sağlam Həyatın Təbliği ictimai birliyinin təşkilatçılığı ilə Nizami kinomərkəzində 18 yaşınadək  əlilliyi müəyyən edilmiş uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə Yeni il şənliyi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayonu Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyevə, RİHBA-nın əməkdaşları və  könüllülər iştirak etmişlər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, uşaqlara, gənc nəslə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən dövlət qayğısından bəhs etmiş, əlillərə qayğı məsələsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da əməyi böyük olduğunu bildirmişdir.

Şaxta baba və Qar qız uşaqları maraqlı çıxışları və bayram sovqatları ilə sevindirmişdir. Tədbirin sonunda uşaqların hər birinə hədiyyələr təqdim olunmuş, bayram sovqatları verilmişdir.

Keçidlər