Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Fərid Pirəli oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

18 noyabr 2022 | 11:11

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Fərid Əliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Əliyev Fərid Pirəli oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
Mərasim zamanı şəhidin məzarı önündə çıxış edən RİH başçısı Vuqar Zeynalov ölkə rəhbərliyinin tapşırığı ilə vətən uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildiyini qeyd etmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər